“Sanksiyalardan daha təsirli olacaq çəkindirmə aləti daxili problemlərin Rusiyaya vuracağı zərbədir...”
İqtisadiyyat
265
17:11, Bu gün

“Sanksiyalardan daha təsirli olacaq çəkindirmə aləti daxili problemlərin Rusiyaya vuracağı zərbədir...”

“Rusiya özünü Avropa və Çinin arasında sıxışdırılmış kimi hiss edir və gələcəyinin təhlükədə ölduğu qənaətindədir. Yeganə çıxış yolu Rusiyanın başının özünə qarışmasıdır...”
 
“Öncə onu deyim ki, ABŞ və Avropa İttifaqının necə birləşə biləcəyi qeyri-müəyyəndir. Bu birləşmənin Rusiyanı daha da radikallaşdıra biləcəyi məsələsi də ABŞ və Avropa analitiklərini düşündürür. O mənada ki, Rusiyanın ABŞ ilə yaxınlaşması üzərində işləyirlər. Birləşmə olsun, ya olmasın, ABŞ və Aİ-nın elmi və texnoloji potensialı, iqtisadi gücü və inkişafı, beynəlxalq təşkilatlarla işləməsi, NATO kimi bir təşkilata sahib olması Rusiyanın sanksiyalardan uzun vədədə çöküşünə təsirini göstərəcəkdir”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadiyyat” kafedrasının  dosenti, siyasi fənlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov  "Siz bir pedaqoq olaraq həm də bir növ siyasi iqtisadiyyatla da məşğul olursuz. Necə düşünürsüz, ABŞ-ın Avropa İttifaqıyla birləşəcəyi təqdirdə Çin, eləcə də bəzi digər “BRİKS” və ŞƏT üzvlərinin gizli-açıq dəstəklərinə rəğmən Rusiyanı ciddi iqtisadi sanksiyalarla yetərincə çökürmək və onu Ukraynadakı savaşdan geri çəkilməyə məcbur etmək mümkündürmü?” sualını cavablandırarkən dilə gətirib.
 
““BRİKS” və ŞƏT üzvlərinin gizli-açıq dəstəklərinə gəlincə, onlar Rusiyanın güclənməsi üzərində deyil, Rusiyanın tabe olması, daha zəif və asılı olması üzərində qurulur. Rusiyanı bu müharibədən çəkindirməyin yeganə yolu Rusiyanın daxilində baş verəcəklərdən daha çox asılı ola bilər. Ona görə ki, Rusiya özünü Avropa və Çinin arasında sıxışdırılmış kimi hiss edir və gələcəyinin təhlükədə ölduğu qənaətindədir. Yeganə çıxış yolu Rusiyanın başının özünə qarışmasıdır. Sanksiyalardan daha təsirli olacaq çəkindirmə aləti daxili problemlərin Rusiyaya vuracağı zərbədir”, - deyə siyasətşünas alim diqqətə çatdırıb.
 
Link kopyalandı!
Son xəbərlər