SOCAR ilə Almaniyanın
İqtisadiyyat
296
15:00, Bu gün

SOCAR ilə Almaniyanın "Uniper" şirkəti arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası keçirilib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın "Uniper" şirkəti arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
 
İclasda öncə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun, "Uniper SE"nin kommersiya üzrə direktoru Karsten Poppinqanın və Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın çıxışları dinlənilib. Sonra SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva əsas məruzə ilə çıxış edib.
 
Çıxışlarda SOCAR ilə "Uniper" şirkəti arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib, birgə həyata keçirilən layihələrin Avropa enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Şirkətlər arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görülən işlər xüsusi vurğulanıb.
 
Daha sonra SOCAR-"Uniper" əməkdaşlığı, Cənub Qaz Dəhlizi üzrə mövcud vəziyyət, Avropa enerji siyasəti və yeni tendensiyalar, enerji keçidi, dayanıqlılıq və dekarbonizasiya, şirkətlərin kommunikasiya və ictimaiyyətlə əlaqələr, kadr siyasəti barədə təqdimatlar edilib, mövzular əsasında fikir mübadiləsi aparılıb. İclasda, eyni zamanda, kommunikasiya və korporativ sosial məsuliyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.
 
Sonda SOCAR ilə Almaniyanın "Uniper" şirkəti arasında 2025-26-cı illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.
Link kopyalandı!
Son xəbərlər