Bakıda II Milli Rəqabət Forumu keçirilir
İqtisadiyyat
124
10:15, Bu gün

Bakıda II Milli Rəqabət Forumu keçirilir

Bakda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə II Milli Rəqabət Forumu keçirilir.
 
Moderator.az xəbər verir ki, tədbirdə millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun təmsilçiləri və digər maraqlı tərəflər iştirak edirlər.
 
Forum müasir iqtisadi şəraitdə rəqabət siyasətinin təhlili, təbii inhisarların fəaliyyətinin tənzimlənməsi, bu sahədə mövcud çağırışlar və ictimai maraqların qorunması, eləcə də effektiv və ədalətli bazar münasibətlərinin formalaşdırılması istiqamətində fikir mübadiləsinin aparılması məqsədilə təşkil olunub.
 
Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin çıxışları nəzərdə tutulub.
Link kopyalandı!
Son xəbərlər