22:09
16°C
Bakı
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi - red.) 2025-ci ilin dekabr ayı üzrə gümüş füçerslərinin qiyməti 2011-ci il mayın 2-dən bəri ilk dəfə 1 Trua unsiyası üçün 48 dollardan yuxarı olub.
Bunu ticarət platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 17:12-yə olan məlumata görə, gümüşün qiyməti 1.45% artaraq 1 Trua unsiyası üçün 48.01 dollar təşkil edib.
Eyni zamanda, "Comex" birjasında qızıl füçerslərinin qiyməti 3 917.9 dollar (+0.68%) səviyyəsində olub.