ABŞ hökumətinin bağlanması bazarları silkələdi - Dolların  taleyi necə olacaq? 
İqtisadiyyat
667
10:03, Bu gün

ABŞ hökumətinin bağlanması bazarları silkələdi - Dolların  taleyi necə olacaq? 

ABŞ federal hökuməti Konqresdə Demokratlar və Respublikaçıların xərclərlə bağlı razılığa gələ bilmədikləri səbəbindən fəaliyyətini dayandırdı. Bunun fonunda dollar major valyutlar qarşısında kəskin ucuzlaşıb, qızıl isə qısamüddətli enişdən sonra tarixi maksimum səviyyəsini bir daha yeniləyib.
ABŞ hökumətinin fəaliyyətini dayandırması dolların dəyərinə necə təsir göstərəcək? ABŞ-da yaranmış bu vəziyyət dünya maliyyə bazarlarında qeyri-sabitliyi dərinləşdirə bilərmi? Dolların ucuzlaşması Azərbaycanın valyuta bazarına hansı formada təsir göstərə bilər?
Moderator.az-da danışan iqtisadiyyat üzrə fəlsəfə doktoru Günay Hüseynova deyib ki, hökumətin fəaliyyətini dayandırması müxtəlif illərdə olub: 
 
“Yəni bu qərar ABŞ iqtisadiyyatı üçün yeni deyil. Hazırda  ölkənin iqtisadi arenasında baş verə biləcək proseslər və ya qlobal iqtisadiyyatdakı dəyişiklik müəyyən qədər məlumdur. Yuxarda qeyd etdiyim kimi bu hadisə ilk dəfə deyil zaman zaman yaşanıb. Lakin onu da qeyd etmək lazımdır ki, hökümətin fəaliyyətini dayandırması qısa müddətli olub. ABŞ tarixində ən uzun müddətli qapanma cəmi 40 günə yaxın çəkib”.
 
İqtisadçı hökümətin fəaliyyətini dayandırmasının dollara təsirləri barədə danışarkən qeyd edib ki, pulun dövr etmə sürətinin azalması, siyasi risk və investorlar baxımından risk təşkil edir:
 
“Lakin bu qapanma qısa müddətli olacağı üçün böyük dəyişikliklər gözlənilmir.
Prosesin uzunmüddətli ola bilərmi ehtimalına qaldıqda isə bu tamami ilə mümkünsüzdür. Belə halın uzunmüddətli olması ciddi iqtisadi riskdir və bu risk bir başa ölkə vətəndaşlarının iqtisadi sosial həyatına təsir göstərir. Bu kimi zamanlarda əmək haqqı gecikdirmələri kimi hallar yaşanır”.
 
G.Hüseynova hazırki vəziyyətin dünya maliyə bazarlarına təsirindən danışarkən vurğulayıb ki, sadəcə faiz dərəcələrinin yüksəlməsi və ya birjalardakı dəyişiklikdən dolayı müəyyən təsirlər ola bilər:
 
“Dolların ucuzlaşması və Azərbaycanın valyuta bazarına təsirinə qaldıqda isə bu tamamı ilə absurd fikirdir. İlk növbədə ona görə ki, ölkəmizdə  doların məzənnəsi stabildir, dəyişkən deyil. Bundan əlavə valyuta dəyişkənliyi neft gəlirləri hesabına formalaşır. Mərkəzi Bankın sollar valyutasını sabit saxlaması üçün yetərli qədər rezervləri var. Əgər neft qiymətlərində hər hansı bir dəyişiklik olarsa, o zaman Azərbaycan valyuta bazarındakı dəyişiklikdən danışmaq olar”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər