“Nəqliyyat təsərrüfatının şişirtmə rəqəmlər hesabına yenilənməsinin pullarını sərnişinlərdən çıxırlar...”- Gediş haqqının artırılmasına etiraz!..
İqtisadiyyat
914
08:28, Bu gün

“Nəqliyyat təsərrüfatının şişirtmə rəqəmlər hesabına yenilənməsinin pullarını sərnişinlərdən çıxırlar...”- Gediş haqqının artırılmasına etiraz!..

“Sərnişin daşımalarında inhisarçı rola malik “BakuBus”, “Faiqoğlu” kimi şirkətlər faktiki talançılıqla məşğuldurlar...”
 
“İctimai nəqliyyatda gediş haqqı 20 faiz, yəni 10 qəpik artırılaraq 60 qəpik oldu. Halbuki bir müddət öncə müvafiq rəsmi qurumlar və şəxslər cəmiyyəti inandırmağa çalışırdı ki, heç bir artım olmayacaq. Həmişəki kimi xalqı yenə aldatmaqda, yalan danışmaqda davam edirlər. Zahirən, ilk baxışdan 10 qəpik bəlkə də elə də böyük məbləğ deyil. Lakin bu 10 qəpiklər toplananda insanların büdcəsində təsirini göstərir. Həm də ona görə ki, bahalaşan yalnız ictimai nəqliyyatda gediş haqqı olmayacaq. Bunun ardınca digər sərnişin daşımalarında və xidmətlərdə də bahalaşma baş verəcək”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Əli Orucov ifadə edib.
 
“Neft pulları azalır. Büdcəni doldurmağın alternativ yolları məhduddur. Yarıtmaz idarəetmə, korrupsiya və rüşvətxorluq dərinlərə işləməkdədir. Şəhərin nəqliyyat təsərrüfatının şişirtmə rəqəmlər hesabına yenilənməsinin pullarını sakinlərdən, sərnişinlərdən çıxırlar. Sərnişin daşımalarında inhisarçı rola malik “BakuBus”, “Faiqoğlu” kimi şirkətlər faktiki talançılıqla məşğuldurlar. Həmçinin Bakı Metropoliteni QSC büdcə vəsaitlərini israfçılıqla xərcləyir.Təkcə ötən il Hesablama Palatası Bakı Metropoliteni QSC-də milyonlarla vəsaitin keçmiş sədr Zakir Hüseynov başda olmaqla mənimsənilməsi faktını ortaya çıxardı. Lakin bunun hesabını heç kəsdən sormadılar. “Bakubus” MMC bu yaxınlarda Çin istehsalı olan bir avtobusu 545 min manata rəsmiləşdirərək ümumilikdə 86 milyon manat ödəyib. Bütün bunlar korrupsiya və qeyri-şəffaf  sxemlərlə büdcənin  mənimsənilməsidir. İndi də həmin milyonlonları xalqın cibindən çıxarırlar. Hər dəfə də belə edirlər. Ancaq nə həmin məmurların tamahları və ac gözləri doyur, nə də...”, - deyə davamında  Əli Orucov vurğulayıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər