Kredit tarixçəsi pis olanların NƏZƏRİNƏ
İqtisadiyyat
1161
13:50, Bu gün

Kredit tarixçəsi pis olanların NƏZƏRİNƏ

Çox vaxt kredit tarixçəsi və ya ödənişdə  problem yaşamış şəxslər yenidən kredit götürməkdə çətinliklərlə üzləşirlər. Banklar və maliyyə qurumları belə hallarda daha ehtiyatlı davranır. Bəs kredit tarixçəsində problemi olan şəxslər hansı şərtlərlə yenidən kredit əldə edə bilərlər?
Moderator.az-a açıqlama verən bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov bildirib ki, qanunla krdit tarixçəsində problem olan şəxslərə kredit verilməsində heç bir qadağa yoxdur.
 
“Qanun demir ki, əgər kredit tarixçəsində gecikmə və ya problem olubsa, həmin şəxsə kredit verilməsin. Kredit tarixçəsinin əsas məqsədi borcverəni məlumatlandırmaqdır. Bank və ya digər kredit təşkilatı bu məlumat əsasında qərar verir. Məsələn, gecikmə kiçik məbləğdə və ya qısa müddətdə olubsa, yaxud şəxsin hazırda ödəmə qabiliyyəti, zamini və girovu varsa, kredit vermək mümkündür. Amma, təbii ki, əksər hallarda banklar riskləri nəzərə alaraq ehtiyatlı davranırlar”, – deyə hüquqşünas vurğulayıb.
 
Ə.Həsənovun sözlərinə görə, kredit tarixçəsini yaxşılaşdırmaq üçün ən effektiv yol kiçik məbləğdə kredit götürmək və onu vaxtında ödəməkdir:
 
“Əgər kredit tarixçəsində mənfi məlumat varsa, bu, 10 il ərzində sistemdə qalır və sonra avtomatik silinir. Amma vətəndaşlar çox gözləməsinlər. Məsələn, 1000 manatlıq kredit götürüb vaxtında qaytarmaqla banklara göstərmək olar ki, əvvəl problem olub, amma sonradan məsuliyyətli davranış nümayiş etdirilib. Bu yolla tarixçəni tədricən düzəltmək mümkündür”.
 
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər