Baş nazir gələn ilin büdcə layihələri ilə bağlı qərar imzaladı
İqtisadiyyat
719
13:15, Bu gün

Baş nazir gələn ilin büdcə layihələri ilə bağlı qərar imzaladı

Baş nazir Əli Əsədov 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycanın 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərar imzalayıb.
 
Moderator.az xəbər verir ki, qərarla "Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" bəyənilib.
 
Qərarın 1-ci hissəsində qeyd olunan layihələr "Büdcə sistemi haqqında" qanunun 12-ci maddəsində nəzərdə tutulmuş digər
 
sənədlərlə birlikdə Azərbaycan Prezidentinə təqdim edilməsi qərarı alınıb.
Link kopyalandı!
Son xəbərlər