16:36
24°C
Bakı
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr ayı üçün gümüş füçerslərinin qiyməti 2011-ci il mayın 3-dən bəri ilk dəfə bir trua unsiyası üçün 45 dollardan yuxarı qalxıb.
Moderator.az xəbər verir ki, bu barədə ticarət platformasının məlumatında bildirilir.
Bakı vaxtı ilə saat 12:07-yə olan məlumata görə, gümüşün qiyməti 1.68% artaraq bir trua unsiyası üçün 45.01 dollar təşkil edib. Bakı vaxtı ilə saat 12:13-də gümüşün qiyməti bir unsiya üçün 45.09 dollara (+1.86%) yüksəlib.