“Qürurvericidir ki, Prezidentimizlə bu cür görüşlər qlobal şirkətlərin müraciəti əsasında baş tutur”
İqtisadiyyat
420
17:14, Bu gün

“Qürurvericidir ki, Prezidentimizlə bu cür görüşlər qlobal şirkətlərin müraciəti əsasında baş tutur”

Vüqar Bayramov: “Bu, həm dövlətimizə, həm də onun liderinə olan münasibəti əks etdirir”

Prezident İlham Əliyev Nyu-York səfəri əsnasında bir sıra böyük şirkətlərin rəhbərləri ilə görüşüb. Hansı ki, həmin şirkətlər Azərbaycanla əməkdaşlıqdan məmnunluqlarını dilə gətirib, bu əməkdaşlığı daha da genişləndirmək istədiklərini vurğulayıblar.

“Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi şirkətlərin ölkəmizlə əməkdaşlığı genişləndirmək istəyi dövlətimizin iqtisadi potensialının böyüklüyünün göstəricisi sayıla bilərmi?

Moderator.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov adıçəkilən şirkətlərlə ölkəmiz arasındakı əməkdaşlığın önəminə diqqət çəkib:

“Biz həm ölkəmizdə, həm də onun hüdudlarıdnan kənarda keçirilən beynəlxalq toplantılarda aparıcı şirkətlərlə Azərbaycan Respublikasının Prezidenti arasındakı görüşün məhz həmin şirkətlərin rəhbərlərinin müraciəti əsasında baş tutduğuna şahid oluruq. Bu, hər şeydən öncə Azərbaycan Respublikası Prezidentinin şəxsi nüfuzunu göstərir. Digər tərəfdən isə dövlətimizin gücünə dəlalət edir.

Nəzərə almalıyıq ki, Prezidentimizin qəbul etdiyi qərarlar və yürütdüyü strategiya regionda yeni reallıqlar formalaşdırıb. Prezident İlham Əliyevin sayəsində Azərbaycan regional miqyasda qərarların qəbuluna təsir göstərir.

Qlobal şirkətlərlə dövlət başçımız arasındakı görüşlərin həmin şirkətlərin müraciəti əsasında reallaşması qürurvericidir. Bu, həm dövlətimizə, həm də onun liderinə olan münasibəti əks etdirir.

Bu cür əməkdaşlıqlar ölkəmiz üçün olduqca vacibdir. “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” şirkətləri qlobal miqyasda böyük iqtisadi-maliyyə gücünə malik şirkətlərdir. Onlar qeyri-neft sektorunda da mühüm pay sahibidirlər. Bu şirkətlərlə əməkdaşlığın genişlənməsi ölkəmizə yeni investisiyaların cəlb edilməsi baxımından da olduqca önəmlidir”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər