Mikayıl Cabbarov:
İqtisadiyyat
402
11:19, Bu gün

Mikayıl Cabbarov: "Məqsədimiz qlobal iqtisadi ekosistemin bir hissəsinə çevrilməkdir"

"İqtisadi strukturumuz əsasən kapital ixracatçısıdır. Biz özəl sektor nümayəndələrinin, eləcə də dövlət şirkətlərimizin strateji əhəmiyyət kəsb edən bazarlarda mövqe tutmalarına heç bir maneə yaratmırıq. Çünki məqsədimiz qlobal iqtisadi ekosistemin bir hissəsinə çevrilməkdir".

Moderator.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Nazir həmçinin qeyd edib ki, forum çərçivəsində əldə olunan bəzi razılaşmalar tərəflərin maraqlarını əks etdirir və bu, məmnunluq doğurur.

"Bu razılaşmalar bu gün və sabah imzalanacaq", - deyə Mikayıl Cabbarov vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər