FED-in qərarı Azərbaycana necə təsir edəcək? - RƏY
İqtisadiyyat
546
15:40, Bu gün

FED-in qərarı Azərbaycana necə təsir edəcək? - RƏY

 Xəbər verdiyimiz kimi, ABŞ Federal Ehtiyat Sistemi son 9 ayda ilk dəfə olaraq faiz dərəcələrini aşağı salıb. Fed sentyabr ayı iclasında uçot dərəcəsini 25 baza bəndi azaldaraq 4 – 4,25 faiz intervalına endirib.  Faiz qərarı 11-ə qarşı 1 səs nisbəti ilə qəbul edilib. Trampın Fed İdarə Heyətinə təyin etdiyi Stiven Miran 50 baza bəndi endirimdən yana səs verib. Üzvlərin 2025-ci ilin sonu üçün faiz dərəcəsi gözləntisi 3,6 faiz oldu, əvvəlki isə 3,9 faiz idi. Qərar mətnində məşğulluğa dair aşağı yönlü risklərin artdığı, inflyasiyanın isə “bir qədər” yüksək səviyyədə qaldığı qeyd olunub.Yeni proqnozlara görə, Fed üzvləri bu endirimdən  sonra bu il ərzində faiz dərəcələrini daha yarım bənd azaltmağı nəzərdə tuturlar. 
 
Məsələ ilə bağlı Moderator.az-a danışan Almaniyada yaşayan iqtisadçı Murad Calalov bildirib ki, bu qərarın ABŞ iqtisadiyyatı və qlobal maliyyə bazarları üçün mühüm nəticələri ola bilər:
 
“Avropa Mərkəzi Bankından sonra ABŞ Federal Ehtiyat Sistemi də faiz qərarını açıqladı və uçot dərəcəsini 25 baza bəndi azaldaraq 4 – 4,25 faiz intervalına endirdi. Bu, inflyasiya dövründə atılan addımlardan biridir və məqsəd fiskal siyasətin təsirini gücləndirərək iqtisadiyyatda uzun müddət davam edən durğunluğun aradan qaldırılmasıdır. Faizlərin azalması iqtisadi fəallığı stimullaşdırır və bazarda canlanmaya səbəb ola bilər.
Lakin digər tərəfdən, aşağı faiz dərəcələri neft və qızıl kimi xammal resurslarında qiymət artımını şərtləndirəcək. İnsanlar valyuta saxlamaq əvəzinə bu sahələrə investisiya etməyə üstünlük verəcəklər. Yəni bir tərəfdən iqtisadi canlanma baş verir, digər tərəfdən isə xammal bazarlarında qiymətlər yüksəlir. Bu proses Azərbaycan üçün müəyyən üstünlüklər yaradır və ölkəmiz üçün müsbət nəticələr doğura bilər”.
 
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər