Ermənistanda Zəngəzur dəmir yolunun bərpasına ABŞ-ın ayırdığı puldan 90 milyon dollar xərcləyəcək...
İqtisadiyyat
507
18:05, Bu gün

Ermənistanda Zəngəzur dəmir yolunun bərpasına ABŞ-ın ayırdığı puldan 90 milyon dollar xərcləyəcək...

"Tunellərin və yolun yerində olduğu, yalnız relslərin və infrastrukturun bərpasına ehtiyac duyulan 45 km-lik Meğri dəmir yolunun bərpası üçün 1 km-ə maksimum təxminən 1,4 milyon dollar xərclənəcək. Ümumiləşdirsək, 2 milyon hesab edək. Beləliklə, bütün yolun bərpası təxminən 90 milyon dollar təşkil edəcək".
 
Moderator.az "Armenian Times" nəşrinin yazdığına görə, bunu “Respublika” partiyasının sədri Aram Sarkisyan öz“Facebook” səhifəsində yazıb.
 
"ABŞ artıq bizə ilkin mərhələ üçün 145 milyon dollar ayırır. Nəticəni Cənubi Qafqaz Dəmir Yollarına və Rusiya ilə əlaqələrin daha da dərinləşməsinə dəstək verənlərin ağlına və vicdanına buraxıram”, -deyə davamında siyasətçi bildirib.
 
Xatırladılır ki , ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun direktoru Brendan Henrehen baş nazirin müavini Mher Qriqoryanla görüşü zamanı bildirib ki, onlar Konqreslə əməkdaşlıq edərək Ermənistana 145 milyon dollar yardım göstərmək niyyətindədirlər. Bu, Tramp Administrasiyasının “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yol Xəritəsi”ni və avqustun 8-də ticarət, infrastruktur, kritik mineral tədarük zəncirləri və transsərhəd təhlükəsizliyə sərmayələri dəstəkləməklə əldə edilmiş müvafiq razılaşmaları həyata keçirməyə yönəlmiş maliyyənin ilk tranşıdır.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər