Azərbaycanın qeyri-neft ixracı kəskin artıb
İqtisadiyyat
251
13:27, Bu gün

Azərbaycanın qeyri-neft ixracı kəskin artıb

2025-ci ilin yanvar-avqust aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artaraq 2,4 milyard  dollar təşkil edib.
 
Moderator.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın sentyabr sayına dair ilkin rəqəmlərinə istinadən xəbər verir ki,  hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 22,9 faiz artaraq 774,2 milyon dollara bərabər olub.
 
Cari ilin səkkiz ayında ötən ilin müvafiq dövrünə nəzərən şəkər ixracı 58,2 faiz, meyvə-tərəvəz ixracı 32,2 faiz, kimya sənayesi məhsulları 24,3 faiz,  pambıq iplik 16,3 faiz, çay 2,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 0,2 faiz artıb.
 
2025-ci ilin yanvar-avqust aylarında aqrar məhsullar üzrə ixrac 28,2 faiz artaraq 614,4 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac isə 4,7 faiz artaraq 209,5 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 21,3 faiz artaraq 823,9 milyon  dollar təşkil edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər