Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?
İqtisadiyyat
492
13:50, Bu gün

Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?

Azərbaycan Mərkəzi Bankı sentyabrın 10-da uçot faiz dərəcəsi ilə bağlı qərar açıqlayacaq. Sonuncu dəfə iyul ayında uçot dərəcəsi 7,25%-dən 7%-ə endirilmişdi.  Qeyd edək ki, bu ay ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini aşağı salacağı gözlənilir.  Bu faktor və ölkə daxilindəki iqtisadi reallıqlar (inflyasiya, manatın məzənnəsi, iqtisadi artım və s.) nəzərə alınsa, AMB-nin faiz siyasəti necə olacaq?  
 
Moderator.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, Azərbaycan Mərkəzi Bankı son iki ildə monetar siyasətini elastik şəkildə həyata keçirir:
 
“Xüsusilə inflyasiyanı müəyyən dəhlizdə saxlamaq və iqtisadi artım arasında tarazlıq yaratmaq baxımından Mərkəzi Bankın siyasəti çox makrotarazlı və elastikdir. Bu baxımdan, uçot dərəcələrinin artırılması və ya azaldılması məsələsində əsas prinsip bu siyasətin qorunmasıdır.
Təbii ki, qurum tərəfindən qərar verilərkən Azərbaycanın makroiqtisadi göstəriciləri, idxal və ixrac əməliyyatları, həmçinin ölkənin xarici borcunun ÜDM-ə nisbəti nəzərə alınır. Bütün göstəricilər sabit rejimdədir və hazırda manatın məzənnəsinə hər hansı bir təzyiq yoxdur. Bu baxımdan, uçot dərəcələrinin eyni səviyyədə qalması ehtimalı istisna olunmur”.
 
İqtisadçı əlavə edib ki, Mərkəzi Bank siyasəti əsas hədəflər istiqamətində aparılır:
 
 “Qurum “qızıl orta” prinsipindən istifadə edərək optimal səviyyəni tutmağa çalışır. Bu baxımdan, uçot dərəcəsinin həm azalması, həm də eyni səviyyədə qalması mümkündür. Hər halda, hazırkı vəziyyət iqtisadiyyata mənfi təsir göstərə biləcək hər hansı risk yaratmır”.
 
Qeyd edək ki, Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycan Mərkəzi Bankının sentyabrın 10-da keçiriləcək növbəti iclasında yenidən maliyyələşdirmə dərəcəsini 7 % səviyyəsində saxlayacağını proqnozlaşdırır.
 
 ING  xəbər verir ki, son iclasdan (23 iyul - red.) bəri Azərbaycanda istehlak qiymətləri indeksinin artımı illik ifadədə 4,9 %-ə qədər azalıb ki, bu da ilin sonuna 4±2 % hədəf diapazonuna uyğundur.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər