Ziyad Səmədzadə: “Bu müsbət, tarixi dəyişikliyə səbəb Heydər Əliyev kursu və onun uğurlu tətbiqidir”
“Müstəqilliyimizin ilk illərində Azərbaycan borc içində boğulur, cidid maliyyə çətinlikləri yaşayırdı. Lakin bu gün vəziyyət tamamilə dəyişib və Azərbaycan borc alan ölkədən borc verən dövlətə çevrilib”.
Moderator.az xəbər verir ki, bunu millət vəkili Ziyad Səmədzadə bildirib. Millət vəkili qeyd edib ki, bu mühüm, fundamental dəyişikliyə səbəb Ulu öndər Heydər Əliyev kursu və bu kursun uğurlu tətbiqidir:
“Xalqımızın, dövlətimizin həyatındakı bu böyük, müsbət dəyişikliyin səbəbi Ümummilli lider Heydər Əliyevin siyasi-iqtisadi kursu və bu kursun müvəffəqiyyətlə tətbiqi oldu. Prezident İlham Əliyev bu kursu böyük bacarıq və uğurla davam etdirərək öğlkəmizin iqtisadi qüdrətini artırdı.
Bu gün Azərbaycan sadəcə hərbi-siyasi gücünə deyil, iqtisadi göstəricilərinə görə də diqqət çəkir və regional gücdür. Bu reallıq bizim hər birimizdə qürur hissi doğurur. Ən əsası, proseslərin təhlili və gedişatı göstərir ki, Azərbaycan dövləti öz iqtisadi gücünü sürətlə artırmaqda, beynəlxalq miqyasda böyük nüfuz və ciddi tərəfdaşlar qazanmaqdadır”.
Seymur ƏLİYEV