Ev, torpaq, avtomobil, qızıl: Banklar kredit üçün hansı girovu seçir?
İqtisadiyyat
166
17:00, Bu gün

Ev, torpaq, avtomobil, qızıl: Banklar kredit üçün hansı girovu seçir?

Azərbaycanda banklardan kredit götürmək istəyən müştərilər üçün əsas şərtlərdən biri də girov təminatıdır.  Bəs banklar  kredit rəsmiləşdirərkən ən çox hansı növ əmlakı girov kimi qəbul edirlər?  Girov dəyərinin müəyyənləşdirilməsi hansı meyarlarla aparılır? Hansı girov ilə yüksək məbləğdə kredit əldə etmək mümkündür? 
 
Moderator.az-a danışan hüquqşunas Əkrəm Həsənov bildirib ki, banklar daha çox böyük kreditlərdə girov istəyirlər. Onun sözlərinə görə,  burada əsas meyar müştərinin etibarlılığıdır:
 
“Yəni, müştərinin  əvvəlki kredit ödənişləri və gəlirlilik nəzərə alınır. Adətən Azərbaycanda kiçik və orta məbləğli kreditlərin 30–40 faizi girov tələb olunmadan -  zaminlə verilir. Böyük kreditlərdə isə əsas girov daşınmaz əmlak – torpaq və ev olur. Bəzən  banklar tərəfindən avtomobil və hətta qızıl da girov kimi qəbul edilə bilər. Girovun dəyəri isə Qiymətləndiricilər tərəfindən müəyyən edilir. Banklar qiymətləndirmədə çox ehtiyatlı yanaşır, çünki daşınmaz əmlak bazarında qiymət dəyişkənliyi var. Buna görə də banklar girovun dəyərini real bazar qiymətindən aşağı hesablayırlar. Adətən, qiymətləndirilmiş məbləğ bankın verdiyi kreditin 150 faizini təşkil edir, lakin bu fərqli hallarda daha yüksək də ola bilər”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər