Qızıl dünya bazarını çalxaladı – Azərbaycanda da bahalaşma olacaq? – Açıqlama
İqtisadiyyat
300
15:04, Bu gün

Qızıl dünya bazarını çalxaladı – Azərbaycanda da bahalaşma olacaq? – Açıqlama

Qlobal əmtəə bazarlarında qızıl kəskin bahalaşır. Dünən qızılın  qiyməti tarixdə ilk dəfə 3600 dolları keçdi. Bəs dünyadakı bahalaşma və tələbatın artması fonunda Azərbaycan bazarında qızılın qiyməti hansı istiqamətə dəyişəcək? Bundan sonra qızılda bahalaşma gözlənilirmi?
 
Moderator.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki,ilk növbədə onu qeyd edim ki, qızılın qiymətinin rekord səviyyədə olmasının bir sıra səbəbləri var.
 
Onun sözlərinə görə, qlobal iqtisadiyyatda dəyişikliklər ,geosiyasi balansın pozulması qiymətə təsir göstərən amillər arasındadır. Dollara olan təzyiqlər, dolların zəifləməsi ,FED-in  uçot dərəcəsini endirməsi ehtimalı,mərkəzi bankların tələbatı  qızılın qiymətinə təsir edən faktorlar arasındadır:
 
“Azərbaycan bazarında qızılın qiymətinə qaldıqda isə müəyyən dərəcədə artım olacaq.
Hazırda Azərbaycanın qızıl bazarındakı vəziyyətə qaldıqda bu istehlakçıların tələbinə görə dəyişə bilir.Azərbaycanda əsasən qızıla təlabat toy ərəfəsində daha çox olur .Azərbaycan istehlakçısı əsasən şəxsi istifadə üçün alır , digər ölkələrdə isə daha çox investisiya məqsədi ilə alırlar”.
 
Bankçılıq nəhəngi olan Goldman Sachs-ın analitikləri qeyd edib ki, FED-in reputasiyası zədələnərsə və investorlar öz istiqrazlarının yalnız kiçik bir hissəsini qızıla keçirsələr, qızılın qiyməti  bir unsiya üçün 5000 dollara qədər yüksələ bilər.
İlkin proqnozlardan biri qızılın 2026-cı ilin ortalarına qədər unsiya üçün 4000 dollara çatacağı, digəri isə 4500 dollar olacağı idi. Goldman-ın digər proqnozu ondan ibarət idi ki, əgər ABŞ istiqraz bazarının yalnız 1%-i qızıla sərmayə qoysa, bu, təxminən 5000 dollara çatacaq. ABŞ istiqraz bazarının yalnız 1%-i qızıla keçərsə, qızılın qiyməti unsiya üçün təxminən 5000 dollara qədər yüksələcək. 
Buna görə də qızıl əmtəə məkanında bizim ən güclü uzun tövsiyəmiz olaraq qalır.
 
Mehin Mehmanqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər