Bizi sosial şəbəkələrdən izləyin:
Mərkəzi Bank elektron pul təşkilatı - “PulPal” MMC-nin vəzifəli şəxsinə 1 000 manat məbləğində maliyə sanksiyası tətbiq edib.
Moderator.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Belə ki, AMB tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “PulPal” MMC-də aprel ayında keçirilmiş plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması ilə əlaqədar olaraq “PulPal” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq 1 000 (bir min) manat məbləğində cərimə edilib.