SOCAR-ın prezidenti Con Ardil ilə görüşüb - FOTO
İqtisadiyyat
933
12:50, Bu gün

SOCAR-ın prezidenti Con Ardil ilə görüşüb - FOTO

SOCAR-ın prezidenti Rövşən Nəcəf "ExxonMobil" korporasiyasının qlobal kəşfiyyat və yeni layihələr üzrə vitse-prezidenti Con Ardil ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
 
Bildirilib ki, görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə "ExxonMobil" korporasiyasının iştirakından məmnunluq ifadə edilib, şirkətlər arasındakı mövcud əməkdaşlıq əlaqələrinin önəmi qeyd olunub.
 
⁠Söhbət zamanı "ExxonMobil"in və SOCAR-ın yerli və xarici ölkələrdəki fəaliyyəti, yeniliklər, həyata keçirilən yeni layihələr, prioritetlər və ortaq maraqlar barədə fikir mübadiləsi aparılıb.
 
Görüşdə ⁠Azərbaycanda reallaşdırılacaq yeni layihələr üzrə tərəfdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Link kopyalandı!
Son xəbərlər