Azərbaycanlı milyarder Britaniyanın sanksiyalarının ləğvinə nail oldu...
İqtisadiyyat
515
19 Mar 2025 | 21:27

Azərbaycanlı milyarder Britaniyanın sanksiyalarının ləğvinə nail oldu...

Rusiya və Azərbaycan vətəndaşı olan iş adamı Fərhad Əhmədov 3 ildən sonra Böyük Britaniya tərəfindən sanksiyaların ləğvinə nail olub.
 
Moderator.az xəbər verir ki,  Qazeta.ru-nun yaydığı məlumata görə, Fərhadova qarşı məhdudlaşdırıcı tədbirlər Londonun Ukraynadakı hadisələrə reaksiyası fonunda 2022-ci ilin aprelində tətbiq edilib.
 
Eyni zamanda, iş adamı İngiltərədən fərqli olaraq, təxminən bir il davam edən Aİ sanksiyaları altında da qalmışdı.
 
Əhmədov əvvəllər qaz hasilatı "Nortqaz" şirkətinin payına sahib olub. "Forbes" onun sərvətini ötən il 1,6 milyard dollar qiymətləndirib.
 
2000-ci illərin əvvəllərində o, Federasiya Şurasında Krasnodar diyarını təmsil edib. 
 
Bundan əvvəl Pekində keçirilən sammitin ardınca Rusiya, Çin və İran birtərəfli qaydada tətbiq edilən bütün "qanunsuz" sanksiyaları ləğv etməyə çağırıblar.
 
S.Laçın
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər