Azərbaycan-ABŞ enerji əməkdaşlığı müzakirə edilib - FOTO
İqtisadiyyat
450
19 Mar 2025 | 16:58

Azərbaycan-ABŞ enerji əməkdaşlığı müzakirə edilib - FOTO

Azərbaycan və ABŞ enerji əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib.
 
Moderator.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazovla ABŞ-nin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara arasında keçirilən görüşdə aparılıb.
 
Görüşdə Azərbaycan-ABŞ enerji tərəfdaşlığının region və Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayan töhfələrindən bəhs edilib. Azərbaycanın neft-qaz və bərpa olunan enerji sahələrində beynəlxalq əhəmiyyətli layihələri və təşəbbüsləri çərçivəsində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib.
 
Söhbət zamanı Azərbaycanın enerji balansında müxtəlifliyi və enerji tədarükündə geniş diversifikasiyanı təmin edən bərpa olunan enerji kursu barədə məlumat verilib. “Yaşıl enerji”nin inkişaf planının daxili tələbatın ödənilməsini və bərpa olunan enerjinin elektrik enerjisinin istehsal gücündə payının 33 %-ə yüksəldilməsini ehtiva edən birinci mərhələsinin yekunlaşmaq üzrə olduğu bildirilib.
 
Hazırda şəbəkənin gücləndirilməsi istiqamətində tədbirlərin görüldüyü, həmçinin əlavə bərpa olunan enerji güclərinin yaradılması ilə bağlı yeni layihələrin də nəzərdən keçirildiyi qeyd olunub. Eyni zamanda, Türkiyə, Avropa və Mərkəzi Asiya ilə “yaşıl enerji” interkonnektorları layhələrinin həyata keçirilməsindən bəhs edilib və bu infrastrukturlarla Avropaya “təmiz enerji” mənbələrindən təchizatın əhəmiyyəti vurğulanıb.
 
Görüşdə, həmçinin Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurası ilə bağlı da fikir mübadiləsi aparılıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər