SOCAR-ın törəmə şirkəti yenidən təşkil olunur
İqtisadiyyat
278
15:09, Bu gün

SOCAR-ın törəmə şirkəti yenidən təşkil olunur

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC (SMO) yenidən təşkil olunduğunu elan edib.
 
Moderator.az Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir ki, şirkət “SOCAR Midstream Gas Operations” MMC-nin (SMGO) ondan ayrılması formasında yenidən təşkil olunur.
 
Məlumata görə, yenidən təşkil nəticəsində SMO-nun nizamnamə kapitalı 59 milyon 501 min manatdan 1000 manat məbləğinə azaldılıb, onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq SMGO-ya ötürülüb.
 
Qeyd edək ki, “SOCAR Midstream Operations” 2015-ci ildə təsis edilib. Şirkətin əsas məqsədi quruda neft və qaz ixrac boru kəmərlərində və qurğularında Azərbaycanın strateji payını və maraqlarını təmsil etmək olub.
 
Link kopyalandı!
Son xəbərlər