Dövlət qurumu 799 min manatlıq müqavilə imzalayıb
İqtisadiyyat
374
13:44, Bu gün

Dövlət qurumu 799 min manatlıq müqavilə imzalayıb

Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidməti polietilen, polipropilen, mufta, oymaq, servis birləşməsi, tıxac və elastik keçidin satın alınması məqsədilə "PRO PIPE" QSC ilə müqavilə imzalayıb.
 
Moderator.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, müsabiqə üzrə ehtimal olunan qiymət 2 milyon 323 min 524,44 manat olsa da, tərəflər 799 min 558,89 manata razılaşıblar.
 
Müqavilə ilə bağlı işlər yanvarın 28-i başlayıb, bitmə tarixi isə iyulun 31-dir.
 
Qeyd edək ki, "PRO PIPE" QSC 2021-ci ildən plastik, PVC və polietilen boruların satışına başlayıb. Şirkət yerli istehsala üstünlük verir, eyni zamanda bir sıra xarici ölkə istehsalçılarının (Gürcüstan Türkiyə və s.) Azərbyacanda rəsmi təmsilçisidir. Su, qaz və kanalizasiya sistemlərinin qurulmasında tələb olunan materialların və avadanlıqların idxalı və satışı ilə məşğuldur.
Link kopyalandı!
Son xəbərlər