Azərbaycanla İtaliya arasında tərəfdaşlığın inkişafı müzakirə edilib
İqtisadiyyat
390
14 Mar 2025 | 20:38

Azərbaycanla İtaliya arasında tərəfdaşlığın inkişafı müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya səfəri çərçivəsində bu ölkənin şirkətlər və "Made in Italy" naziri Adolfo Urso ilə görüşüb.
 
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, iqtisadiyyat nazirinin İtaliyanın şirkətlər və "Made in Italy" naziri ilə görüşündə Azərbaycan və İtaliyanın biznes tərəfdaşlığı, iki ölkəni təmsil edən şirkətlərin qarşılıqlı fəaliyyəti və yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Link kopyalandı!
Son xəbərlər