Manat niyə ucuzlaşır?- Şərh
İqtisadiyyat
552
14:30, Bu gün

Manat niyə ucuzlaşır?- Şərh

Manatın məzənnəsi ucuzlaşıb. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk 2 ayında manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 1.5% ucuzlaşıb. Qeyd edək ki, manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi ötən il 9% artmışdı. 
Bu barədə Moderator.az-a danışan iqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycan manatı faktiki olaraq dollara indekslidir:
“Bu o deməkdir ki, dolların digər valyutalara qarşı məzənnəsindəki dəyişikliklər birbaşa manata da təsir göstərir. Hesablama çarpaz məzənnə üsulu ilə aparıldığından, avro, funt sterlinq, rubl və türk lirəsi kimi valyutaların dollar qarşısında dəyəri dəyişdikdə, manat qarşısında da eyni istiqamətdə dəyişir. Yəni, əgər avro dollar qarşısında bahalaşırsa, manat qarşısında da bahalaşır. Eyni qayda funt sterlinqə, rubla və türk lirəsinə də aiddir. Əksinə, bu valyutalar dollar qarşısında ucuzlaşarsa, manat qarşısında da dəyər itirir. Buna görə də əsas faktor manatın məhz dollara indeksləşmiş məzənnəsidir və digər valyutalara təsiri çarpaz məzənnə qaydalarına əsaslanır. Əsas məsələ manatın dollara olan indeksləşmiş məzənnəsidir”.
 
Mehin Mehmanqızı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər