Türkiyəyə getmək istəyənlərin nəzərinə - Viza tələbi ola bilər
İqtisadiyyat
1220
11 Mar 2025 | 16:44

Türkiyəyə getmək istəyənlərin nəzərinə - Viza tələbi ola bilər

Bir neçə gündür Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük məsələsi yenidən gündəm olub. Xüsusilə ABŞ-Rusiya münasibətlərinin yaxşılaşması fonunda Ankaranın Avropa üçün əhəmiyyətinin daha da artdığı bildirilir. İddialara görə, bu, Türkiyənin ittifaqa üzvlük prosesini sürətləndirə bilər. Qardaş ölkəyə səyahət üsulları Azərbaycan vətəndaşlarının da marağındadır.  
 
Türkiyə Avropa İttifaqına üzv olarsa, Azərbaycan vətəndaşları üçün də viza tələbləri olacaqmı?
 
Globalinfo.az-a danışan turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov deyib ki, Türkiyə artıq Avropa İttifaqının bir çox tələblərinə cavab verir:
 
“Aİ-nin qardaş ölkəyə ciddi ehtiyacı var. Lakin Türkiyənin tezliklə üzv ola biləcəyinə inanmıram. Belə olduğu təqdirdə isə rəsmi Ankara dərhal Şengen ölkəsi olmur. Proseslər mərhələli şəkildə həyata keçirilir. Bir müddət sonra həm Şengen üzvü ölkələrinə keçid, həm də valyutanın vahid avroya dəyişdirilməsi baş verir”.
 
Ekspert bildirib ki, üzvlük təsdiqlənəndən sonra ölkənin öz valyutası bir müddət sabit qalır və partnyorlarla daha rahat şəkildə ticari əlaqələr davam edir:
 
“Şengen ölkəsi və valyutasına keçid baş tutduğu halda digərləri kimi Azərbaycan vətəndaşları da Türkiyəyə viza ilə gedəcək. Ola bilər, vətəndaşlarımız daha rahat şəkildə vizanı alsınlar. Amma Şengen ölkələrinin tələbləri bizə də aid olacaq. Hazırda isə bu, real görünmür”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər