Bizi sosial şəbəkələrdən izləyin:
Amerikalı milyarder Elon Mask ölkədə yaranan yumurta qıtlığına görə ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyasını tənqid edib.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, Bayden administrasiyasının 150 milyon yumurtlayan toyuqun kəsilməsini də əhatə etdiyi "ayrı-seçkiliksiz qırğın" həyata keçirdiyini söyləyib.
Elon Mask da bu yaxınlarda ABŞ-ın hazırkı silah strategiyasını sərt şəkildə tənqid edərək, ABŞ-ın silah proqramlarını kökündən nəzərdən keçirməli və yenidən dizayn etməli olduğunu söyləyib. Onun fikrincə, əgər bu baş verməsə, ABŞ növbəti müharibəni “yazıqcasına” uduza bilər.
Mask bu şərhi "Social Capital" vençur kapitalı firmasının təsisçisi Şamat Palihatitijanın ABŞ Hərbi Dəniz Qüvvələrinin növbəti 30 il ərzində 364 gəmiyə ildə təxminən 40 milyard dollar xərcləməyi planlaşdırdığını söylədiyi yazısına cavab olaraq bildirib.
S.Laçın