Bizi sosial şəbəkələrdən izləyin:
İran hökuməti mart ayından etibarən dizel yanacağının qiymətinin artırılması barədə qərar qəbul edib.
Bu barədə “İran İnterneşnl” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, dövlət subsidiyalarının böyük hissəsi ləğv ediləcək və yanacaq bazar qiymətləri ilə satılacaq.
Xatırladaq ki, 2019-cu ildə benzinin qiymətinin oxşar şəkildə artırılması genişmiqyaslı etirazlara səbəb olmuş və bu etirazlar hakimiyyət tərəfindən sərt şəkildə yatırılmışdı. Həmin vaxt 1500-dən çox insanın həlak olduğu güman edilir.