İsraildə minimum əmək haqqı sürətlə artdı... Neçə oldu?
İqtisadiyyat
854
08:28, Bu gün

İsraildə minimum əmək haqqı sürətlə artdı... Neçə oldu?

Orta aylıq əmək haqqı isə 13,405 şekeldir(təxm. 6326 AZN)
 
Aprel ayında İsraildə minimum əmək haqqının nə qədər artacağı məlum olub.
 
Moderator.az bu haqda yerli mediaya istinadla xəbər verir.
 
İsrail qanunlarına görə, minimum əmək haqqı əvvəlki ilin avqust, sentyabr və oktyabr aylarının orta əmək haqqının 47,5%-i olaraq hesablanır.
 
Bu dövrdə orta əmək haqqı 13,405 şekel(təxm. 6326 AZN) olduğundan, minimum əmək haqqı 1 aprel 2025-ci il tarixinə təxminən 6,367 İLS (şekel)(təxm. 3005 AZN) olmalıdır.
 
Məlumdur ki, 2024-cü il aprelin 1-dən İsraildə minimum əmək haqqı 308 şekel artıb və hazırda ayda 5880 şekel(2775 AZN) və ya saatda 32,3 şekel(təxm. 15 AZN) təşkil edir. 2025-ci ilin aprel ayında daha 467 şekel(220) yüksələcəyi proqnozlaşdırılır. Minimum əməkhaqqı alanların maaşları ilin əvvəlindən yenidən hesablanacaq.
 
Qeyd etmək lazımdır ki, minimum əmək haqqı işəgötürənlərlə danışıqlar zamanı ən az təminatlı işçilərin müdafiəsində əsas rol oynayır. Cəmi bir neçə il əvvəl 6400 şekel(3020 AZN)məbləği əlçatmaz görünürdüsə, bu gün artıq bu, başqa cür qəbul edilir.
 
Araşdırmamızdan bəlli olub ki, İsraildə ərzaq qiymətləri minimum və orta aylıq əmək haqqına nisbətdə çox ucuzdur.
 
Məsələn:
 
2024-cü ilin dekabr ayına olan məlumata görə:
Qüds(Yerusəlim) şəhərində aşağıdakı gündəlik işlənən məhsulların qiyməti belə olub:
 
Süd (adi) (1 l) - 7,24 şekel (3.42 AZN) 
Düyü (ağ) (1 kq) - 9,58 (4.52 AZN) 
Yerli pendir (1 kq) - 47,96 (22.63 AZN)
Mal əti (1 kq)-  62,50 (29,5 AZN)
Banan (1 kq) - 7,32  (3.45 AZN)
Pomidor (1 kq) -7,99 (3.77 AZN)
Soğan (1 kq)  4,67 (2.20 AZN)
Su butılkada (1,5 l) - 5,16(2.44 AZN)
 
Həmin vaxt İsraildə orta aylıq əmək haqqı(vergilər çıxıldıqdan sonra) 8833 şekel(təxm. 4169 AZN) olub...
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər