Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-də martın 7-də tarixdə ilk dəfə olaraq kriptovalyuta sammiti keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ağ Evdən məlumat verilib.
Məlumata görə, tədbiri ABŞ Prezidenti Donald Tramp aparacaq.
Sammitə kriptovalyuta sənayesinin aparıcı təsisçiləri, baş direktorları və investorları, eləcə də rəqəmsal aktivlər üzrə prezidentin işçi qrupunun üzvləri dəvət olunublar.
Ağ Evin bəyanatına görə, tədbirin məqsədi aydın tənzimləyici çərçivələrin təmin edilməsi, innovasiyaların stimullaşdırılması və iqtisadi azadlığın mühafizəsidir.