İşğal dövründə yararsız hala düşən suvarma kanalı istifadəyə verilib
İqtisadiyyat
679
10:14, Bu gün

İşğal dövründə yararsız hala düşən suvarma kanalı istifadəyə verilib

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində uzun illər işğal səbəbindən yararsız vəziyyətə düşən suvarma kanalı bərpa edilərək yenidən istifadəyə verilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. 

Bildirilib ki, İncəçay çayından qidalanan və ümumi uzunluğu 7 km olan Tap suvarma kanalını Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi texnikaların köməyi ilə bərpa edib, lil və kol-koslardan təmizləyib. Bunun nəticəsində Tapqaraqoyunluda 1 500 hektar əkin sahəsinin suvarılması yaxşılaşıb.

Bundan əlavə, rayon ərazisində suvarma sistemlərinin daha səmərəli işləməsi üçün 986 ədəd subartezian quyusu, 16 nasos stansiyası və ümumi uzunluğu 2277 km olan suvarma kanalları istismara verilib. İl ərzində 1035 subartezian quyusunun nasosları cari təmir edilib, 46 yeni nasos alınaraq quyulara quraşdırılıb.

Bu il rayonda bir sıra əsaslı və cari təmir işlərinin həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə məhsuldarlığını tamamilə itirmiş 34 subartezian quyusunun əsaslı təmiri üçün layihə-smeta sənədləri hazırlanıb və işlərə başlanacaq. Eyni zamanda, istismar müddətini başa vurmuş Səfikürd nasos stansiyasının I pilləsində 1020 mm-lik boru xəttinin nəzərdə tutulan 9 km-lik hissəsinin 400 metri bu il yenisi ilə əvəz olunacaq.

Bunlarla yanaşı, içməli su təminatının yaxşılaşdırılması məqsədilə 11 kənddə yeni içməli su xətlərinin çəkilməsi, su anbarlarında və boru xətlərində təmir işlərinin aparılması nəzərdə tutulub. Hazırda rayon əhalisinin fasiləsiz içməli su ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Goranboy rayonunda və Murovdağ - Goranboy su kəməri ətrafında yerləşən kəndlərdə abonentlərə 24 saat fasiləsiz içməli su verilir. Əvvəllər Veyisli kəndinin Yeni qəsəbəsinə su günaşırı verilirdisə, hazırda gündəlik təmin edilir. Qazanbulaq qəsəbəsi və Tapqaraqoyunlu kəndində isə əhalinin tələbatına uyğun olaraq su təminatı həyata

Link kopyalandı!
Son xəbərlər