Banklar ipoteka kreditlərini xeyli azaldıb - Rəqəmlər
İqtisadiyyat
715
26 Feb 2025 | 13:55

Banklar ipoteka kreditlərini xeyli azaldıb - Rəqəmlər

2025-ci ilin yanvarında Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən dövlət vəsaitindən istifadə etməklə əhaliyə cəmi 700 min manat ipoteka krediti verilib. 
 
Bu ilin yanvarında verilən ipoteka kreditinin məbləği 2024 və 2023-cü ildə ayrılan kredit məbləğindən xeyli azdır. 
 
Yanvarda verilən ipoteka kreditinin məbləği 2024-cü ildə 16,1 milyon manat, 2023-cü ildə 8,8 milyon manat olmuşdu. Müqayisə göstərir ki, ötən ilə nisbətən bu ilin yanvarında ipoteka kreditləşməsi 23 dəfə, 2023-cü illə müqayisədə isə 12,6 dəfə azalıb. 
 
Banklar ipoteka kreditlərini azaltsa da dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna ayrılan vəsait böyük olub. Yanvarda Fond büdcədən 21,3 milyon manat alıb. 
Son məlumata əsasən, banklar tərəfindən verilən bir ipoteka kreditinin orta məbləği 64 174 manat olub. İpoteka krediti götürənlər isə hər ay orta hesabla 457 manat kredit ödəyir. 
Link kopyalandı!
Son xəbərlər