ABŞ-Rusiya münasibətləri istiləşir: dünya iqtisadiyyatı hansı dəyişikliklərə hazır olmalıdır?
İqtisadiyyat
1264
22 Feb 2025 | 11:56

ABŞ-Rusiya münasibətləri istiləşir: dünya iqtisadiyyatı hansı dəyişikliklərə hazır olmalıdır?

Son günlər Rusiya-ABŞ münasibətlərində normallaşma sezilir. Hətta ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların ləğvi  barədə fikirlər səsləndirilir. Bəs iki böyük güc arasında əlaqələrin normallaşması qlobal iqtisadiyyat üçün hansı məna kəsb edir? İkitərəfli ticarət əlaqələrinin yenidən qurulması qlobal iqtisadiyyata nə kimi təsir göstərə bilər?
Bu barədə Moderator.az-a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, dünya təbii ehtiyatlarının dəyərləndirilməsinə diqqət eləsək, bu ehtiyatların 20 faizi Rusiyada cəmlənib, amma  dünya əhalisinin iki faizi  isə Rusiyada cəmlənib:
“Rusiyanın sərvəti əhalisinin sayından dəfələrlə çoxdur. Bu sərvət bütün dünyaya yayılmalıdır ki, insanlar bəhrələnsin. Məsələn, ABŞ tərəfindən Rusiya  neftinə, qazına sanksiyalar qoyulur. Ümumiyyətlə, Rusiyadan ixrac edilən təbii ehtiyatlara  sanksiya qoyulursa, bu Rusiyanın cəzalandırılmasıdırsa, o biri tərəfdən də dünya əhalisinin bu sərvətdən bəhrələnmək imkanlarının məhdudlaşdırılmasıdır. Məsələn, qaz və neft ixracına məhdudiyyətlər qoyulursa, bu, Avropa vətəndaşının Rusiyadakı qazdan, neftdən bəhrələnmək imkanlarını məhdudlaşdırır. Əgər iki ölkə arasında müəyyən münasibətlər normallaşacaqsa, dünya əhalisinin xeyrinə olacaq. Hazırda dünyada iqtisadi böhran var və bu münasibətlərin  normallaşması qlobal iqtisadi böhranı önləyə bilər. Əslində elə böhranın yaranmasına səbəb insanların sərvətə çıxışının məhdudlaşdırılmasıdır. İki qarşı -qarşıya duran qütblər arasında  razılaşmanın olması gözlənilən deyil. Müəyyən mənada iki böyük güc arasında  münasibətlər normalaşarsa, bunun dünya iqtisadiyyatına müsbət təsiri olar. Yəni həm dünya iqtisadiyyatının inkişafı cilovlanmaz, digər tərəfdən də dünya əhalisi inflyasiyadan əziyyət çəkməz”.
İqisadçı  iki ölkə arasında münasibətlərin normallaşmasının iqtisadi inkişafa töhfə verəcəyini vurğulayıb. Trampın Rusiya ilə münasibətləri yaxşılaşdırılmasının kökündə də məhz elə bu  iqtisadi hədəflər durur:
 “Çünki Tramp biznes adamıdır, iqtisadiyyatı çox gözəl bilir. O, iqtisadiyyatı siyasətə qurban verməyə meyilli prezident deyil. Ona görə də bütün dünya əhalisi isə siyasətə köklənib. Ənənəyə çevrilib ki, iqtisadiyyat siyasətə qurban verilməlidir. Ona görə də Trampın birinci prezidentlik dönəmdə də, indi də atdığı addımlar insanlar üçün qeyri- adi gəlir. Tramp  ölkəsinin iqtisadiyyatını,  vətəndaşını düşünərək o rakursdan düşünür və bütün qərarları da o rakursdan verir. Tramp Amerika dövlətinin maddi maraqlarını düşünür. Amma indiyə qədər Amerikanı idarə edən prezidentlər  Amerika büdcəsinin böyük bir hissəsini dünyanı yönəltməyə sərf ediblər. Amma Tramp bunların əleyhinədir və hətta bu səbəbdən  Ümumdünya Səhiyyə Təşkilatının bəzi layihələrindən çıxdı. Tramp daha sonra Yaşıl yol xəritəsini “fırıldaqçı yol xəritəsi” adlandırdı. Bütün bunlar dünyanı yönəltmək üçün siyasətin alətləridir və bunun üçün həmin məsələlərə pul xərclənir, lazım oldu, olmadı. Tramp da bunu çox gözəl bilir, ona görə də bütün bunların əleyhinə çıxış edir.  Amerika ilə Rusiya arasında münasibətlərin sona qədər yaxşılaşması gözlənilən deyil, amma müəyyən qədər yumşalma olacaqsa, bu, dünya iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək”.
 
Mehin Mehmanqızı
Link kopyalandı!
Son xəbərlər