"Dövlət statistika komitəsi yanvar ayının iqtisadi inkişaf nəticələrini elan etmişdir. Ürək açan bir nəticə yoxdur."
Moderator.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri, professor Saleh Məmmədov 2025-ci ilin yanvar ayının iqtisadi gostəricilərindən danışarkən deyib.
Onun sözlərinə görə, əsas iqtisadi inkişaf göstəricilərin, demək olar ki, hamısında gerilik var:
"Bu gerilik həm nəzərdə tutulan faktlar üzrə və həm də keçən dövrun göstəricilərinə görə nəzərə çarpır. Ümumi daxili məhsulun (ÜDM) həcmi üzrə hökumətin proqnoz göstəricisinə görə 4% geriləmə var, keçən ilin müvafiq dövrünə nisbətən 1% düşmə qeyd edilmişdir.
Bu da o qədər təhlükəli meyl deyil, yəni müvəqqəti artım da ola bilər, azalma da, sağlam iqtisadi sistem olarsa bunu qısa zaman ərzində aradan qaldırmaq olar. Daha təhlükəli meyllər iqtisadiyyatı daha dərin böhrana sürükləyir və qarşısı alınmaz problemlər ortaya çıxara bilər:
Təmiz istehlakçı cəmiyyət qurulur və bütün cəhdlər istehlak tələbinin ödənilməsinə yönəldilir. Yaradıcılıq parametrləri sıfır vəziyyətinə endirilmişdir. Yanvar ayı bu meylin ciddi gücləndirilməsini göstərir. Yaradıcılıq əsasən əsas kapitala investisiyaların və elmi-texnoloji investisiyaların artırılması hesabına Nail oluna bilər. Hər iki göstərici sürətlə azalmaqda davam edir. Yanvar ayında əsas kapitala investisiyalar 50% azalmışdı, onların ÜDM -da payı isə Azərbaycan tarixində görünməmiş səviyyəyə 8,3%-ə düşmüşdur. Bu rəqəm Əfqanıstanda 17%, Gürcüstanda 32, Ermənistanda 33%-dir. Ayrılan vəsaitlər də əsasən istehlak xarakterli (mənzil tikintisi, infrastruktur və s.) obyektlərin qurulmasına yönəldilmişdir. 2024-cu ildə elm və inkişaf xərcləri 1980-ci ilin analoji göstəricisindən 4 dəfə azdır. Kəskin investisiya qıtlığı büdcədə 1,7 milyard büdcə artıqlığı şəraitində baş verir. Problem vəsait çatışmazlığında deyil, sistemin qurulmasındadı. Bu da daha bir meylin baş verməsini göstərir.
Bu meyl dövlətin iqtisadiyyata lüzumsuz müdaxiləsindən və kəskin dövlət inhisarın formalaşmasından gedir. Son dövrlər bu meyl xeyli güclənmişdir. Bud əmin gəlirləri və xərcləri müvafiq olaraq 116 və 136% artmışdır, vergi mənbəyi 1% azalmışdı. Özəl sektorun əlində hətta qəpik-quruş qalmayıb ki, yenidən investisiya etsin və yeni vergi obyekti yaratsın. Əsas məsələlərin tənzimlənməsi 90%-i dövlətin əlində (maliyyə, bank, valyuta, qiymətqoyma, tenderlər və s.) cəmlənmişdir ki, bu da bütün digər dövlətlərdə olduğu kimi korrupsiyanın, rusvətin, çiçəklənməsinə, pul resurslarının səmərəsiz istifadə olunmasına gətirib çıxarır. Şəxslərin əlində qalan pul dövlətin sərəncamına keçən puldan 3-4 dəfə daha güclüdür, daha səmərəlidir və daha böyük nəticə verir. Bu yalnız Azərbaycanda deyil, bütün ölkələrdə belədir.
Daha bir təhlükəli meyl, xarici sektorun inkişafının da istehlakciliq siyasətinə yönəlməlidir. İdxal sürətlə artır, ixrac azalır. 2024-cu ildə ixrac 10% azalmis, idxal isə 22% artmisdir. İxracın 96-97%-i xammal, idxalın bir o qədəri istehlak yönümlü mallardır. İxrac məhsullarının həcmi sürətlə düşməkdə davam edir. İdxala ehtiyac artır. Bir neçə ay əvvəl iqtisadiyyatın dərin islahatlara ehtiyacı olduğunu zəruri hesab etmişdir, 15 ən təcili tədbirlər haqqında hökumətə məlumat vermişdim. Bu prosesin mənbəyi proqnozlardan gəlir. O vaxt belə nəticələr gözlənilirdi. Hesab edirəm ciddi islahatlar həyata keçirmək çox zəruridir.Bu islahatları həyata keçirmək, iki rəqəmli artım səviyyəsinə nail olmaq üçün bu ölkədə hər cür imkan və şərait var. Sadəcə bu ölkənin iqtisadiyyatını xaosdan xilas etmək lazımdır."