Bizi sosial şəbəkələrdən izləyin:
2025-ci ilin yanvarında Azərbaycan Gürcüstanın ikinci ən böyük ixrac tərəfdaşı olub.
Moderator.az xəbər verir ki, bu barədə “Report”-a Gürcüstanın Milli Statistika Xidmətinin ilkin məlumatlarına istinadən xəbər verir.
Statistikaya görə, Gürcüstanın ümumi ixracı 19,3 % artaraq 403,9 milyon ABŞ dollarına çatıb. Azərbaycanın Gürcüstandan idxalı isə 46,2 milyon dollar təşkil edib.
Ümumilikdə, 2025-ci ilin yanvar ayında Gürcüstanın ixracında MDB-nin payı 64,2 % təşkil edib.
Bununla yanaşı, Gürcüstanın bəzi əsas ixrac bazarlarına – Rusiya, Türkiyə və Çinə satışlar azalıb. Əvəzində Azərbaycan Gürcüstan məhsulları üçün sabit bazarlardan biri olaraq qalır.