Putin
İqtisadiyyat
1090
09:24, Bu gün

Putin"sevgililər günü"ndə Suriyaya bir az Bəşər pulu yolladı...-"SANA"-"Reuters"

Fevralın 14-də Rusiyadan Dəməşq hava limanına Rusiyanın “Qoznak”ında çap olunmuş Suriya lirələri daşıyan yük təyyarəsi gəlib.
 
Moderator.az  xəbər veri ki, bu haqda SANA xəbər agentliyinə  Suriya Mərkəzi Bankı məlumat çatdırıb.
Tənzimləyici bank dəqiq məbləği açıqlamasa da, "Reuters"-dəki mənbə bunun “yüz milyardlarla” olduğunu bildirib. "Əl-Hədas" kanalının mənbələri isə bu məbləği 300 milyard Suriya funtu (rəsmi məzənnə ilə təxminən 23 milyon dollar) olaraq qiymətləndirib.

"Reuters" agentliyinin mənbəsi iddia edir ki, çatdırılan pul Bəşər Əsədin hakimiyyəti dövründə çap edilib. Lakin onları Əsədin devrilməsindən əvvəl Suriyaya çatdıra bilməyiblər.

“Reuters”in yazdığına görə, ölkədə hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əl-Şam” islamçıları Rusiya şirkətinə əskinasların çapını qadağan ediblər. Eyni zamanda, Suriya sanksiyalara görə Qərbdə əskinasların çapını sifariş verə bilməz. Bunu "Financial Times" qeyd edir.

Suriya isə hazırda ciddi valyuta çatışmazlığı ilə üzləşib. "Reuters" agentliyi Mərkəzi Bankın ehtiyatlarını cəmi 200 milyon dollar məbləğində qiymətləndirib.

Vətəndaş müharibəsi başlamazdan bir il əvvəl, 2010-cu ildə BVF Suriyanın ehtiyatlarını 18,5 milyard dollar məbləğində qiymətləndirmişdi. "FT" ilə danışan bir iş adamının sözlərinə görə, insanlar bank hesabına pul qoymaqdan çəkinirlər, çünki pulu çıxara biləcəklərinə əmin deyillər.

Yeni hakimiyyətin hələ də dövriyyədən çıxarmadığı məşhur 2000-lik Suriya funt-sterlinq əskinasında hazırda Rusiyada yaşayan devrilmiş Bəşər Əsəd təsvir edilib. Yanvarın sonunda isə "Reuters" yazmışdı ki, ölkə hakimiyyəti Moskvadan Əsədi onlara təhvil verməyi tələb edib.

Xatırladılır ki, fevralın 12-də Vladimir Putin Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ilə rəsmi danışıqlar aparıb.

Digər məsələlərlə yanaşı, Putin Rusiyanın “Suriyadakı sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına yardım etməyə”, o cümlədən ölkə sakinlərinə humanitar yardım göstərməyə hazır olduğunu təsdiqləyib.

Yanvarın sonunda Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti Suriyaya səfər edib. Suriyanın yeni hakimiyyət orqanları Rusiyanı “keçmişin səhvlərini” nəzərə almağa, təzminat ödəməyə və ölkənin yenidən qurulmasına başlamağa çağırıb.

Fevralən əvvəlində isə Suriya keçid hökumətinin müdafiə naziri Murhaf Əbu Kasra deyib ki, Suriyanın yeni hakimiyyət orqanları “bundan faydalanacaqları halda" Rusiya hərbi bazalarını saxlamağa hazır olacaqlar.

S.Laçın

Link kopyalandı!
Son xəbərlər