Məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı 2 milyonluq tender elan edildi
İqtisadiyyat
579
13:14, Bu gün

Məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı 2 milyonluq tender elan edildi

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Ağdamın Xıdırlı kəndinə 719 və Ağdam şəhərinə 1268 məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı açıq tender elan edib.
 
Moderator.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderdə ailələrin sərnişin nəqliyyatı və ev əşyalarının, təsərrüfat yüklərinin yük nəqliyyat vasitələri ilə daşınması və boşaldılmasının təxminən 1 milyon 895 min 259 manata başa gəlməsi ehtimal edilib.
 
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi martın 12-dir.
Link kopyalandı!
Son xəbərlər