Azərbaycanda ortaaylıq əməkhaqqı ARTIB
İqtisadiyyat
878
06 Feb 2025 | 17:52

Azərbaycanda ortaaylıq əməkhaqqı ARTIB

2024-cü ilin ilkin məlumatlarına görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8.1 faiz artaraq 1 009.2 manat təşkil edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində ortaaylıq nominal əməkhaqqı daha yüksək olub.
 
Bu il yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara görə, 1 milyon 778.5 min nəfər olub, onlardan 882.8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895.7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
 
Məlumata görə, muzdla işləyənlərin 18.5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18.5 faizi təhsil, 13.5 faizi sənaye, 8.5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.6 faizi tikinti, 6.3 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4.3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.8 faizi peşə, elmi və texniki fəaliyyət, 2.7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.2 faizi maliyyə və sığorta fəaliyyəti, 15.1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Link kopyalandı!
Son xəbərlər