Azərbaycanda iki bankın vəzifəli şəxsi cərimələndi
İqtisadiyyat
524
11:26, Bu gün

Azərbaycanda iki bankın vəzifəli şəxsi cərimələndi

“Yapı Kredi Bank Azərbaycan” QSC və "PAŞA Bank” ASC-nin vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb edilib.

Moderator.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən "Yapı Kredi Bank Azərbaycan" QSC-nin vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 8 min manat məbləğində cərimə edilib.

AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulmasının aşkarlanması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən "Paşa Bank" ASC-nin vəzifəli şəxsi Ağdam Rayon Məhkəməsi tərəfindən 10 min manat məbləğində cərimə edilib.

Link kopyalandı!
Son xəbərlər