Bizi sosial şəbəkələrdən izləyin:
2024-cü ildə Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft-qaz ixracı üzrə liderlik həmişəki kimi Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə məxsus olub.
Moderator.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın yanvar buraxılışında bildirilir.
Reytinq cədvəlində növbəti yerlərdə SOCAR-ın 57 % payla təmsil olunduğu "SOCAR Polymer" MMC, "AzerGold" QSC, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsindəki "Azəralüminium" MMC, "Azərenerji" ASC, AİH-in idarəetməsindəki “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamındakı Suraxanı Maşınqayırma Zavodu" ASC və AİH-in tabeliyindəki "Azəripək" MMC qərarlaşıb.