Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə təsir göstərib
İqtisadiyyat
791
12:04, Bu gün

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə təsir göstərib

2024-cü ilin dekabrında ölkədaxili nağdsız əməliyyatların həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Statistik Bülleten Dekabr 2024" buraxılşında bildirilir.
 
2024-ci ilin dekabrında kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 486 milyon manat təşkil edib.
 
Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 360 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 121 milyon manatı POS-terminallar, 3.7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.
 
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64.2%-ni təşkil edib.
 
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2024-cü ilin dekabr ayında dövriyyədə olan ödəniş kartlarının sayı noyabr ayına nəzərən 436 min ədəd artaraq 19 milyon 899 min ədədə çatıb. 2023-cü ilin sonu ilə müqayisədə bu göstərici 17.6% artıb.
 
Ödəniş kartlarında artım debet kartları üzrə 19.9%, kredit kartları üzrə 1.8% təşkil edib.
 
Link kopyalandı!
Son xəbərlər