Bu şəxslərin müavinəti DAYANDIRILIR – Yaxın günlərdə…
İqtisadiyyat
821
09:26, Bu gün

Bu şəxslərin müavinəti DAYANDIRILIR – Yaxın günlərdə…

İşğaldan azad edilmiş ərazilərdə qeydiyyatda olan keçmiş məcburi köçkünlərin statusu mərhələli şəkildə ləğv olunacaq.
 
Oxu.Az-ın əldə etdiyi məlumata görə, keçmiş məcburi köçkünlərin sosial statusuna xitam verildikdən sonra dövlət büdcəsindən onlar üçün ayrılan aylıq müavinətin ödənişi dayandırılacaq.
 
Bunun müqabilində isə keçmiş məcburi köçkünlərin yaşadıqları evlər daimi olaraq onların ixtiyarına veriləcək.
 
Qarabağa qayıtmaq istəyən şəxslər hazırda yaşadıqları mənzilləri təhvil verəndən sonra orada evlə və torpaq sahəsi ilə təmin olunacaq, 3 il müddətində dövlətdən adambaşına ayda 60 manat müavinət alacaqlar.
 
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məsələ barəsində yaxın günlərdə açıqlama veriləcək.
Link kopyalandı!
Son xəbərlər