Bizi sosial şəbəkələrdən izləyin:
Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Salyan rayonunda 12 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlə açıq tender elan edib.
Moderator.az Statınalmalar Agentliyinə istinadən xəbər verir ki, şərtlərə üçotaqlı mənzillərin alışı daxildir.
Ehtimal edilən qiymət 1 milyon 231 min 200 manatdır. Bu da bir mənzilin 102 min 600 manata başa gəlməsi deməkdir.
Qeyd edək ki, təkliflərin son təqdim olunma tarixi fevralın 24-dür. Müsabiqədə iştirak haqqı 600 manat təşkil edir.