Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verdi
İqtisadiyyat
296
17:22, Bu gün

Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Stimul” Kredit İttifaqı MMC, “Finans Kredit İttifaqı” MMC və “Total Finans Kredit İttifaqı” MMC-yə icrası məcburi sərəncam verib.
 
Bu barədə Moderator.az AMB-yə istinadən xəbər verir.
 
Məlumata görə, “Stimul” Kredit İttifaqı MMC , “Finans Kredit İttifaqı” MMC və “Total Finans Kredit İttifaqı” MMC tərəfindən 2024-cü ilin IV rübünə hesabatlar təqdim olunmadığından “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin edilməmiş, bu səbəblə “Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Stimul” Kredit İttifaqı MMC-yə bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.
 
Link kopyalandı!
Son xəbərlər