Hibrid Müharibələr: Dünya iqtisadiyyatında köklü dəyişikliklərin olması qaçılmazdır
İqtisadiyyat
209
12:25, Bu gün

Hibrid Müharibələr: Dünya iqtisadiyyatında köklü dəyişikliklərin olması qaçılmazdır

“Trampın hakimiyyəyə gəlişi dünya birjalarına öz təsirini göstərdi. Gələcək iqtisadi mənzərəyə baxdıqda  dünya iqtisadiyyatında köklü dəyişikliklərin olması qaçılmazdır”.
Bunu Moderator.az-a açıqlamasında iqtisadçı Rəşad Hüseyn deyib.
 
Onun sözlərinə görə, Trampın Kanadanı, Qrelandiyanı və Panama kanalını nəzarət altına almaq istəyi reallaşsa, dünyada artıq bir böyük dəyişiklikləri gözləmək mümkündür:
“Amerika bunu edəcəksə, Rusiya da öz təhlükəsizliyini qorumaq adıyla Ukraynadakı işğalına davam edəcək. Rusiya – Ukrayna müharibəsi  gələcəkdə öz həllini taparsa, Avropa bir çətinliyi aşmış olacaq.  Amma Amerika müharibənin dondurulmasına daha maraqlı olacaq ki, Rusiyanın Avropaya gələcəkdə təzyiq etmək imkanları olsun. O cümlədən ABŞ tərəfindən  Avropa ilə bağlı da müəyyən rüsumların tətbiq olunması gözlənilir. Və bu rüsumlar tətbiq olunarsa, avronun məzənnəsində də müəyyən bir eniş yaşanacaq. Lakin Avropa bunun qarşısını almaq üçün  Rusiya- Ukrayna müharibəsindən sonra sıxılmış və mayeləşdirilmiş qaz tədarükündə Amerikaya daha çox üstünlük veriləcəyini bəyan etdi.  Avropa bununla rüsumların qarşısını almağa çalışacaq. Tramp öz ölkəsində neft istehsalını daha da genişləndirəcəyini bəyan etməsi gələcəkdə neftin qiymətində müəyyən enişlərin yaranmasına səbəb olması ehtimalını artırır”.
İqtisadçı əlavə edib ki, Tramp  Çinlə iqtisadi münasibətlərə, o cümlədən rüsum məsələlərinə yenidən baxılacağı ilə bağlı göstəriş verib:
“Böyük güclər arasında gərginliyin olması indiki məqamda gözlənilmir, amma hibrid müharibələr  onsuz da davam edir. Artıq  “Ticarət müharibələri” çoxdan başlayıb, çünki dünyada baş verən bütün müharibələr  maraqlar üzərində formalaşıb və hər ölkənin müharibə olan ölkədə öz maraqları var".
 Rəşad Hüseyn onu da qeyd edib ki, Trampın hakimiyyətə gəlişiylə dünyada kripto bazarında da müəyyən canlanmaların olmasını gözlənilir:
“Kripto bazarı daha da genişlənəcək. Yaxın gələcəkdə kriptolar artıq geniş formada alqı- satqı vasitəsi olaraq istifadə olunacaq. Çinlə Amerikanın ticarət saldosuna baxdıqda aydın görünür ki, Amerika mənfidədir. Ona görə də Amerika  bu addımları atmaq məcburiyyətindədir. Ümumiyyətlə yarandığı üç əsrdən bu tərəfə Amerikanın konsepsiyası olub ki, dünya ölkələrinə liderlik etsin. Ölkələrə  rüsum tətbiq edilməsi və müəyyən məsafələrin saxlanılması gələcəkdə Amerikanın liderlik mövqeyinin zəifləməsinə səbəb ola bilər. Doğrudur, Amerikanın Avropanın müdafiəsi ilə bağlı mühüm öhdəlikləri var və Avropanı qorumaq bu mövzuda onun əsas vəzifələrindən biridir. Gələcəkdə Amerika bundan ötrü Avropadan külli miqdarda vəsait almağı tələb edəcək. Buna görə də  Avropa artıq öz ordusunu yaratmaq məcburiyyətində qalacaq. Hansı ki, bu məsələ Trampın birinci prezidentliyi dövründə açıq şəkildə ifadə olunurdu. Düşünürəm ki, ikinci dəfə Tramp prezident seçiləndən sonra bu məsələ qalxacaq və gələcəkdə Avropanın  NATO- dan kənar ordusu yaranarsa, bu artıq yeni münasibətlərin, yeni əlaqələrin başqa formada təzahürü olacaq”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər