Bankların dollar tələbi kəskin azaldı
İqtisadiyyat
348
12:51, Bu gün

Bankların dollar tələbi kəskin azaldı

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.
 
Moderator.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 53,2 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
 
Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.
 
Bundan öncəki – 16 yanvarda keçirilən valyuta hərracında bankların tələbi 71,4 milyon ABŞ dolları olmuşdu.
 
Bu il yanvar ayında keçirilən beş hərracda 339 milyion ABŞ dolları satılıb
 
Link kopyalandı!
Son xəbərlər