Sosial yardım hansı məqsədlə verilir?
İqtisadiyyat
290
10:40, Bu gün

Sosial yardım hansı məqsədlə verilir?

Lent.az-ın “bir sual, bir cavab” rubrikasında növbəti mövzu sosial yardımın verilmə məqsədi ilə bağlıdır.
 
Ünvanlı dövlət sosial yardımının (ÜDSY) məqsədi və prinsipləri nədir?
Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir.
Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir:
 
1. ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur;
 
2. ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur;
 
3. bərabərlik - sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur.
 
 
Link kopyalandı!
Son xəbərlər