“2025-ci ilin dövlət büdcəsi müstəqilik dövrümüzün ən böyük büdcəsi olacaq”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib. Millət vəkili qeyd edib ki, büdcə imkanlarının genişlənməsi, prioritet istiqamətlərə daha çox vəsaitin ayrılmasına imkan verəcək:
“Ümumilikdə büdcədən 41,4 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur.
Bu, bir tərəfdən iqtisadiyyatdakı islahatların dərinləşməsnii, sahibkarlar üçün yeni imkanların yaradılmasını, eyni zamanda, prioritet istiqamətlərə daha çox vəsaitin ayrılmasını təmin edəcək.
Müdafiə qabiliyyətimizin gücləndirilməsi çün 8,4 milyard manat vəsait ayrılacaq. Həmçinin, sosial iqtiqamətdə 16,9 milyad manat, Qarabağ və Şərqi Zəngəzurun abadlığına isə 4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.
2025-ci ilin dövlət büdcəsinin parametrləri Azərbaycanın həyata keçirdiyi iqtisadi və sosial siyasətin prioritetlərinə uyğundur”.
Seymur ƏLİYEV