“Azərbaycan 2024-cü ildə həm iqtisadi artım tempini yüksəldə, həm də makroiqtisadi stabilliyi qoruyub saxlaya bildi”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bildirib. Millət vəkili qeyd edib ki, bütün statistik göstəricilər ölkəmizin iqtisadi yüksəlişini göstərir:
“Qeyr-neft sektoru 6%-dən, qeyri-neft sənayesi 7%-dən çox artdı. 2024-cü ildə praktiki olaraq iqtisadi artım qeyri-neft sektorunun hesabına formalaşıb. Qeyri-neft sektou Azərbaycanda iqtisadi inkişafın drayverinə çevrilməkdədir.
Dünya miqyasında nəzər salsaq görərik ki, 2024-cü ildə həm regional, həm də qlobal iqtisadi çətinliklər daha da dərinləşdi. Həm iqtisadi, həm də siyasi gərginlik region ölkələrinin iqtisadiyyatına təsir göstərdi. Bütün bunlara rəğmən, Azərbaycan iqtisadi artım tempini, iqtisadi stabilliyi qoruyub saxlaya bildi. Bu da bir tərəfdən iqtisadiyyatın inkişafı ilə bağlı aparılan islahatların səmərəliliyini, o cümlədən, onların real nəticələrini göstərən əsas meyarlardandır.
Cənab prezidentin rəhbərliyi ilə 2024-cü ildə ölkəmiz iqtisadi artım və inkişaf üçün yeni imkanlar əldə etdi. Bu bizə növbəti illərdə iqtisadi inkişafı dərinləşdirmək imkanı yaratdı.
2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurun bərpası işləri davam etdirildi. Bu vaxta qədər adıçəkilən bölgələrimizin bərpasına 19 milyard manat vəsait ayrılıb. Cari il üçün büdcədən işğaldan azad edilən torpaqların abadlaşması üçün ən azı 4 milyard manat vəsait ayrılacaq. Bu isə o deməkdir ki, 8 Noyabr zəfərindən sonra işğaldan azad edilən ərazilərimizin bərpasına 23 milyard manat vəsaitin ayrılması həyata keçirilib. Bütün bunlar Azərbaycanın iqtisadi gücünü göstərən əsas faktorlardan biridir”.
Seymur ƏLİYEV